Bakı 19˚C Mostly sunny

ABŞ-da 20 il həbs cəzası çəkmiş şəxsin qanunsuz mühakimə olunduğu məlum olub

Gündəm 12:19 13 dek, 2021

Hökm yalnız qurbanlardan birinin cinayətdən iki il sonra Gillespini fotoşəkildən tanıması əsasında çıxarılıb

ABŞ-da 20 il həbs cəzası çəkmiş şəxsin qanunsuz mühakimə olunduğu məlum olub

ABŞ-da günahsız bir adam 20 il barmaqlıqlar arxasında yatdıqdan və istintaqın səhv aparıldığını sübut etmək üçün 10 il sərf etdikdən sonra rəsmi olaraq qeyri-qanuni məhkum edilmiş kimi tanınıb.

Qazet.az xəbər verir ki, hadisə Ohayo ştatında baş verib. Din Qillespi adlı şəxs 1991-ci ildə 22 il sonra şərti azadlığa çıxmaq hüququ ilə 56 il həbs cəzasına məhkum edilib. O zorlama, adam oğurluğu və quldurluqda ittiham olunub. 2011-ci ildə Gillespi işinə baxılma zamanı pozuntular olduğu səbəbindən azad edilib. Məlum olub ki, hökm yalnız qurbanlardan birinin cinayətdən iki il sonra Gillespini fotoşəkildən tanıması əsasında çıxarılıb.

O, indi dövlətdən milyonlarla dollar təzminat tələb edə bilər. Həbsdə olan hər il üçün ən azı 40 330 dollar ala bilər. Bundan əlavə, həbsdə olduğu müddətdə ona almadığı maaş, vəkillərə çəkilən xərclər və digər vəsait də ödənilməlidir.

"Pul mənə kömək etməyəcək, itirilmiş illəri qaytarmayacaq, illər ərzində aldığım sarsıntıdan azad etməyəcək" deyə 56 yaşlı Gillespi bildirib.