ABŞ-da 3-cü doz vaksinasiya başladı
Gündəm
11:55 25 sen, 2021
ABŞ-da 3-cü doz vaksinasiya başlayıb

ABŞ-da 65 yaşdan yuxarı insanlar, qocalar evlərində qalanlar və 50-64 yaşlarında ciddi sağlamlıq problemləri olanlar üçüncü doz vaksin olunacaqlar.
Qazet.az Medicina.az-a istinadən xəbər verir ki, bunu ABŞ-ın Xəstəliklərə Nəzarət və qarşısının Alınması Mərkəzlərinin direktoru Roçel Valenski deyib.
Tibb mütəxəssisləri və riskli işlərdə çalışanlar da bu siyahıya daxildir. Qərara görə, üçüncü doz vaksin ikinci dozdan altı ay sonra tətbiq edilməlidir.