Bakı 15˚C Sunny

ABŞ-da aksiya keçirildi

Siyasət 14:55 17 okt, 2022
ABŞ-da aksiya keçirildi

ABŞ-ın Şimali Karolina ştatının Roli şəhərində Ermənistan silahlı qüvvələrinin 30 illik işğal və II Qarabağ müharibəsi dövründə törətdiyi müharibə cinayətlərinə həsr olunmuş sərgi-aksiya keçirilib.

Qazet.az xəbər verir ki, Ueyk Dairə Məhkəməsi binası qarşısında baş tutan sərgi-aksiya Amerika-Azərbaycan Dostluq Təşkilatının sədri Adika İqbalın rəhbərliyi ilə təşkil edilib.

Sərgi-aksiyada Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Gəncə, Naftalan, Bərdə, Tərtər, Mingəçevir və digər şəhərlərinə raket hücumları nəticəsində 12-si uşaq, 27-si qadın olmaqla 93 mülki şəxsin həlak olmasını, 454 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri almasını, Xocavənd rayonunun Edilli kəndində aşkar olunan kütləvi məzarlığı, Azərbaycan torpaqlarında basdırdığı minaları əks etdirən fotomateriallar nümayiş etdirilib.

Aksiya ilə maraqlanan şəhər sakinlərinə Ermənistanın müharibə cinayətləri barədə ətraflı məlumat verilib və bukletlər paylanılıb.