ABŞ-da atışma olub, xəsarət alanlar var
Gündəm
02:44 21 sen, 2021
Hadisə ilə əlaqədar tələbələr məktəbin binasından təxliyə edilib və tennis meydançasına yerləşdirilib.
ABŞ-ın Virciniya ştatının Nyuport-Nyus şəhərində, ali məktəbdə atışma olub.
Qazet.az xəbər verir ki, bu barədə yerli polisin tvitter səhifəsində bildirilir.
Məlumata görə, atışma zamanı azı 2 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib, onların həyatı üçün təhlükənin olmadığı bildirilir.
Hadisə ilə əlaqədar tələbələr məktəbin binasından təxliyə edilib və tennis meydançasına yerləşdirilib.