ABŞ-da atışma - Yaralılar var
Gündəm
03:03 27 iyn, 2022
İnsidentlə əlaqədar saxlanılan və ya şübhəli şəxslər barədə məlumat verilməyib.

ABŞ-ın Takoma şəhərində (Vaşinqton ştatı) şənlik zamanı atışma baş verib.
"Qazet" "CNN" telekanalına istinadən xəbər verir ki, polis insident barədə bir neçə dəfə məlumat alıb, hadisə yerində çox sayda insan olub.
Bildirilir ki, atışma zamanı azı 8 nəfər yaralanıb. Onlar xəstəxanaya çatdırılıb, yaralılar yüngül xəsarətlər alıblar.
İnsidentlə əlaqədar saxlanılan və ya şübhəli şəxslər barədə məlumat verilməyib.