Bakı 23˚C Partly sunny

ABŞ-da binanın karkasının çökməsi 3 nəfərin ölümünə səbəb olub

Hadisə 23:59 02 yan, 2023
ABŞ-da binanın karkasının çökməsi 3 nəfərin ölümünə səbəb olub

ABŞ-ın Şimali Karolina ştatının Şarlotta şəhərində tikinti meydançasında binanın karkasının uçması nəticəsində azı 3 nəfər ölüb, 2 nəfər yaralanıb.

Qazet.az-ın məlumatına görə, bu barədə şəhərin yanğınsöndürmə idarəsi özünün “Twitter“ səhifəsində məlumat yayıb.
 

Məlumatda xəsarət alanlardan ikisinin xəstəxanaya yerləşdirildiyi bildirilir.

Hazırda yanğınsöndürənlər binada işləyir. Hadisənin səbəbi məlum deyil.