Bakı 5˚C Mostly cloudy

ABŞ-də bir evdə 8 nəfər ölü tapıldı

Gündəm 09:30 05 yan, 2023
ABŞ-də bir evdə 8 nəfər ölü tapıldı

ABŞ-ın qərb ştatlarından biri olan Yuta ştatının Enok şəhərində evdə 8 nəfər ölü tapılıb. 

Qazet.az "haber.sol.org"a istinadən xəbər verir ki, meyitlərin hamısında güllə yaraları aşkar edilib.

Tibbi müayinə üçün evə çağırılan polis üç böyük və beş uşağın cəsədini tapıb.

"Hər birinin güllə yarası olduğu görünür. Hazırda ictimaiyyət üçün təhlükənin və ya qaçan şübhəlinin olduğuna inanmırıq. Bu araşdırma hələ də aktivdir və daha sonra daha ətraflı məlumat veriləcək", - deyə şəhər polisi açıqlama verib.

Qeyd edək ki, təxminən 8000 əhalisi olan Enok Yutanın cənub-qərbində, Solt Leyk Sitidən təxminən 400 kilometr cənubda yerləşir.