ABŞ-da çovğuna görə 10 nəfər ölüb, milyon abonent elektriksiz qalıb
Hadisə
07:14 24 dek, 2022
ABŞ-da çovğun nəticəsində 10 nəfər ölüb, 1 milyona yaxın ev işıqsız qalıb.
Qazet.az xəbər verir ki, bu barədə CNN kanalı məlumat yayıb.
Çovğun və aşağı temperatur bir milyondan çox abonentin elektrik enerjisinin kəsilməsinə səbəb olub. Əlverişsiz hava 10 nəfərin ölümünə səbəb olub.
Ən ağır vəziyyət Ohayo, Kentukki, Missuri və Kanzas ştatlarında qeydə alınıb. Yollar buz bağlayıb, sahil ərazilərini dalğa vurub.
Təbii fəlakətlə əlaqədar təyyarələrin uçuşları ləğv edilib, yollar bağlanıb.