Bakı 19˚C Partly sunny

ABŞ-da COVID-19 ilə bağlı sürətli test növü hazırlanıb

Gündəm 12:42 04 okt, 2021

Daha az müddətdə 100 faiz nəticə göstərib

ABŞ-da COVID-19 ilə bağlı sürətli test növü hazırlanıb

ABŞ-ın Şimal-Qərb Universitetinin alimləri beş dəqiqədə nəticəni göstərən COVID-19 ilə test hazırlayıblar.

Qazet.az-ın məlumatına görə, bu barədə universitetin saytında məlumat yayılıb.

Qeyd olunub ki, testin "qızıl standartı" olan PCR testi xeyli vaxt və laborator güc tələb edir:

"Şimal-Qərb Universiteti laboratoriyasında hazırlanan antigenə əsaslanan COVID-19-un yeni aşkarlanma metodu beş dəqiqə və ya daha az müddətdə 100 faiz nəticə göstərib".

Universitetin veb saytında bildirilib ki, yaxmadan götürülən ekpress-testdə koronavirusun bir neçə səthi zülalını aşkar etmək üçün nanomekanik platformadan istifadə edilir. Platformanın həssaslığı müxtəlif SARS-CoV-2 variantlarını aşkar etməyə imkan verir.