Bakı 0˚C Mostly cloudy

ABŞ-da COVID fondundan oğurladığı pulla “Lamborghini” alana 9 illik həbs verildi

Gündəm 12:53 01 dek, 2021

Bütövlükdə sözügedən şəxs indiyədək fondlardan qeyri-qanuni yollarla 75 milyon dollardan çox nağd pul götürüb

ABŞ-da COVID fondundan oğurladığı pulla “Lamborghini” alana 9 illik həbs verildi

ABŞ-ın Texas ştatında saxta sənədlərlə COVID-19 üçün verilən güzəştli krediti alaraq lüks alış-veriş edən şəxs 9 il həbs cəzasına məhkum edilib.

Qazet.az xəbər verir ki, ölkənin Ədliyyə Nazirliyindən verilən açıqlamada, Texasdan olan 30 yaşlı Li Praysın fırıldaqçılıq və çirkli pulların yuyulmasında günahkar bilindiyi vurğulanıb.

Linin vergi qeydlərini saxtalaşdıraraq COVID-19 fondundan 1,6 milyon dollar kredit götürdüyü və “Lamborghini Urus”, “Ford F-350” avtomobilləri və “Rolex” saatı kimi bahalı əşyalar aldığı qeyd edilib.

Ona qarşı irəli sürülən ittihamları etiraf edən Linin məhkəmədə 9 il həbs cəzası aldığı bildirilib.

Nazirlikdən bildirilib ki, Dələduzluqla Mübarizə İdarəsi tərəfindən COVID-19 yardım fondlarında fırıldaqçılıq faktı ilə bağlı 150-dən çox müttəhim barəsində 95-dən çox cinayət işi açılıb.

Bütövlükdə, indiyədək sözügedən fondlardan qeyri-qanuni yollarla 75 milyon dollardan çox nağd pul götürülüb.

Mənbə: “The New York Times”