ABŞ-da daha bir məktəbdə atışma: Ölən var
Gündəm
11:39 02 dek, 2021
Polisin məlumatına görə, şübhəli şəxs saxlanılıb

ABŞ-ın Tennessi ştatındakı məktəbdə atışma olub.
Qazet.az RİA Novosti-ə istinadən xəbər verir ki, yerli KİV-in məlumatına görə, Humboldt şəhərində orta məktəbdə baş verən atışmada bir nəfər ölüb, bir nəfər isə ağır yaralanıb.
Atışma basketbol turnirinin keçirilməli olduğu məktəbin idman zalının qarşısındakı dəhlizdə baş verib.
Polisin məlumatına görə, şübhəli şəxs saxlanılıb. Lakin ona qarşı hələlik heç bir ittiham irəli sürülməyib.
Qeyd edək ki, bir gün əvvəl Miçiqan ştatının Oksford şəhərində 15 yaşlı şagird məktəbə atəş açaraq üç həmyaşıdını öldürüb, bir müəllim də daxil olmaqla daha 8 nəfəri yaralayıb.