ABŞ-da donuz böyrəyi insana köçürüldü
Cəmiyyət
11:59 21 okt, 2021
Əməliyyat xəstənin ailəsinin razılığı əsasında reallaşıb
Nyu-Yorkdakı Lanqon Sağlamlıq Mərkəzində unikal cərahiyyə əməliyatı həyata keçirilib.
Qazet.az Reuters-ə istinadən xəbər verir ki, dünyada ilk dəfə olaraq, donuzun böyrəyi insana köçürülüb.
Yayılan xəbərlərə görə, əməliyyat xəstənin ailəsinin razılığı əsasında reallaşıb.
Hazırda böyrək köçürülən şəxsin səhhətində ciddi problemlərin olmadığı bildirilib.
Əməliyatın transplantalogiya sahəsində yeni çığır açacağı qeyd olunub.