Bakı 6˚C Dreary

ABŞ-da ehtiyatların azalması neftin qiymətini bahalaşdırıb

Biznes 13:40 23 sen, 2021

Dünya bazarlarında neft bahalaşmağa davam edir

ABŞ-da ehtiyatların azalması neftin qiymətini bahalaşdırıb

ABŞ-ın Energetika Nazirliyi ölkədə neft ehtiyatlarının son 3 ildə ən aşağı səviyyəyə düşməsi haqqında rəsmi statistika açıqlandıqdan sonra dünya bazarlarında neft bahalaşmaqda davam edir.

Qazet.az “Prime” agentliyinə istinadən xəbər verir ki, Bakı vaxtı ilə 09.14-ə olan məlumata görə, Şimal dənizində hasil olunan “Brent” neftinin noyabr fyuçersləri 0,28% bahalaşaraq, 1 bareli 76,4 ABŞ dollarına satılıb. WTI neftinin noyabr fyuçerslərinin qiyməti də 0,22% bahalaşaraq, 1 bareli 72,39 ABŞ dolları təşkil edib.

Neft investorları sentyabrın 17-dək olan həftə ərzində ABŞ-da “qara qızıl”ın kommersiya ehtiyatlarının 3,5 milyon barel, yaxud 0,8% azalaraq 414 milyon barelə düşməsini qiymətləndirməkdə davam edirlər.