Bakı 10˚C Windy

ABŞ-da güclü zəlzələ olub

Hadisə 01:39 02 yan, 2023
ABŞ-da güclü zəlzələ olub

ABŞ-ın Kaliforniya ştatında 5,4 bal gücündə zəlzələ baş verib.

Qazet.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
 

Yeraltı təkanların episentri təxminən 12 min nəfər əhalisi olan Fortuna şəhərindən 26 kilometr cənub-şərqdə yerləşib.

Zəlzələ ocağı yerin 27,8 kilometr dərinliyində olub.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.