ABŞ-da helikopter təyyarə ilə toqquşub, ölənlər var
Gündəm
00:04 02 okt, 2021
Təyyarə və helikopter Çandler Hava Limanı yaxınlığında havada toqquşub.

ABŞ-ın Arizona ştatında helikopterlə təyyarənin toqquşması nəticəsində 2 nəfər ölüb.
Qazet.az RİA Novosti agentliyinə istinadən xəbər verir ki, bu barədə ABC15 telekanalı hakimiyyət orqanlarına istinadən məlumat yayıb.
Təyyarə və helikopter Çandler Hava Limanı yaxınlığında havada toqquşub. Toqquşmadan sonra helikopter qəzaya uğrayaraq yanıb və içərisində olan iki nəfər ölüb.