Bakı 7˚C Showers

ABŞ-da hərbi sirri xaricə satan ər-arvad azadlıqdan məhrum edilib

Cəmiyyət 06:34 10 noy, 2022
ABŞ-da hərbi sirri xaricə satan ər-arvad azadlıqdan məhrum edilib

ABŞ-ın hərbi-dəniz donanmasının mühəndisləri olan ər və arvad barədə məhkəmənin hökmü elan edilib.

Qazet.az-ın “Figaro”ya istinadla xəbərinə görə, onlar atom sualtı qayıqları ilə bağlı məxfi məlumatları xarici ölkəyə satmaqda ittiham olunurlar.

İttiham aktına görə, ərlə arvad adı çəkilməyən ölkəyə ötürdükləri infoprmasiya müqabilində ümumi olaraq 100 000 avro vəsait alıblar. Polis onarın izinə 2 il əvvəl baş verən hadisədən sonr düşüb.