Bakı 11˚C Mostly sunny

ABŞ-da hərbi təyyarə qəzaya uğrayıb, xəsarət alanlar var

Gündəm 00:33 20 sen, 2021

Qəza zamanı evdə olan iki nəfər  xəsarət alıb.

ABŞ-da hərbi təyyarə qəzaya uğrayıb, xəsarət alanlar var

ABŞ-ın Hərbi Hava Qüvvələrinin təlim təyyarəsi qəzaya uğrayıb.

Qazet.az xəbər verir ki, bu barədə Fort-Uort şəhərinin yanğınsöndürmə idarəsinin tvitterdəki səhifəsində bildirilir.

Məlumata görə, hadisə Texas ştatında olub. Qeyd edilir ki, təyyarə yaşayış məntəqəsinə, evin üstünə düşüb. Qəza zamanı evdə olan iki nəfər  xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıb.