Bakı 7˚C Showers

ABŞ-da ilk dəfə “X” möhürlü pasport verildi

Cəmiyyət 22:34 27 okt, 2021

İndiyədək ABŞ vətəndaşları doğum haqqında şəhadətnamədə cinsindən başqa cins göstərmək üçün həkimdən arayış tələb edirdilər.

ABŞ-da ilk dəfə “X” möhürlü pasport verildi

2022-ci ildən başlayaraq ABŞ-da bütün müraciət edənlər “X” möhürü olan üçüncü cins pasportu ala biləcəklər.

“Qazet.az"  xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Ned Prays bildirib. 

“Dövlət Departamenti “X°möhürü olan ilk pasportu artıq verib. Səbirsizliklə bunun hamıya əlçatan olmasını gözləyirik. Tələb olunan sistemi dolduran və 2022-ci ilin əvvəlində formanı yeniləyən kimi onu pasport üçün müraciət edən hər kəsə təqdim etməyi planlaşdırırıq”, - deyə Prays bildirib. 

Onun sözlərinə görə, departament cinsindən asılı olmayaraq bütün pasport sahiblərinin ən rahat səyahətini təmin etmək üçün ABŞ-ın digər dövlət qurumları ilə sıx əməkdaşlığı davam etdirir.

İndiyədək ABŞ vətəndaşları doğum haqqında şəhadətnamədə cinsindən başqa cins göstərmək üçün həkimdən arayış tələb edirdilər.

Bu gün üçüncü cins artıq bir sıra dövlətlərin, o cümlədən Avstraliya, Hindistan, Kanada, Malta, Nepal və Yeni Zelandiyanın pasportlarında göstərilir.