Bakı 24˚C Sunny

ABŞ-da kimya zavodu yanıb

Hadisə 05:52 12 yan, 2023
ABŞ-da kimya zavodu yanıb

ABŞ-ın İllinoys ştatının Lasal şəhərindəki kimya zavodunda çərşənbə günü güclü yanğın baş verib.

Qazet.az-ın məlumatına görə, bu barədə "NBC Chicago" televiziya kanalı yerli polisə istinadən bildirib.

Məlumata əsasən, partlayış yük konteynerində baş verib. Hadisə yerində qəza briqadası fəaliyyət göstərir.

Hüquq-mühafizə orqanlarının verdiyi məlumata görə, yanğın məhdudlaşdırılıb. Müəssisənin əməkdaşları binanı tərk edə bilib, hadisə nəticəsində xəsarət alan olmayıb.