Bakı 33˚C Intermittent clouds

ABŞ-da koronavirusa yoluxanların sayı 46 milyonu keçib

Gündəm 11:33 21 okt, 2021

ABŞ ölüm hallarının sayına görə dünyada birinci yerdədir

ABŞ-da koronavirusa yoluxanların sayı 46 milyonu keçib

ABŞ-da son sutka ərzində koronavirusa 42 801 yoluxma və 1 103 ölüm faktı qeydə alınıb.

Qazet.az pandemiyanın statistikasını aparan Worldometer saytına istinadla xəbər verir ki, ABŞ-da indiyə qədər 46 042 982 nəfər COVID-19 infeksiyasına yoluxub, 35 760 226 pasiyent sağalıb.

Müalicə alan 749 891 nəfərin həyatını xilas etmək mümkün olmayıb. Aktiv xəstələrin sayı isə 9 532 865 nəfərdir. Onlardan 14 649-nun vəziyyəti ağır qiymətləndirilir.

ABŞ həm COVID-19 infeksiyasına yoluxma, həm də ölüm hallarının sayına görə dünyada birinci yerdədir.