ABŞ-da koronavirusdan ölənlərin sayı 700 mini keçdi: Bayden çağırış etdi
Gündəm
11:18 03 okt, 2021
Bayden çağırış etdi

ABŞ Prezidenti Co Bayden həmvətənlərini koronavirusa qarşı peyvənd olunmağa çağırıb.
Qazet.az bildirir ki, o, bu çağırışı ABŞ-da koronavirusdan ölənlərin sayının ümumilikdə 700 mini keçməsi ilə əlaqədar edib.
“Sarsıdıcı itki rəqəmləri növbəti dəfə peyvənd olunmağımızı xatırladır. Vaksinasiya təhlükəsiz, pulsuz və sadədir”, - deyə C.Bayden bildirib.( “RİA Novosti”)