Bakı 9˚C Windy

ABŞ-da məscidə hücum: Binada yanğın baş verdi

Hadisə 03:32 04 yan, 2023
ABŞ-da məscidə hücum: Binada yanğın baş verdi

ABŞ-ın Şimali Kaliforniya ştatında yerləşən məscidə "Molotov kokteyli" atılıb.

Qazet.az “New Arab”a istinadla xəbər verir ki, Sakramento şəhərindəki “Treysi” islam mərkəzinə hücum zamanı məsciddə heç kim olmayıb. Məscidin binasında yanğın baş verib.

Müşahidə kameralarının görüntülərində əlində yanıcı əşyanı atması qeydə alınıb. Polis araşdırma aparır.

Bir müddət əvvəl naməlum şəxs Texas ştatının Hyuston şəhərində də məscidi təhqir etmişdi.