ABŞ-da Milad paradı faciə ilə bitdi: 30 nəfər yaralanıb, həlak olan var - VİDEO
Gündəm
13:10 22 noy, 2021
ABŞ-ın Viskonsin ştatında adı açıqlanmayan afroamerikalı izdihamın üzərinə avtomobil sürüb və insanalra atəş açıb

ABŞ-ın Viskonsin ştatında milad paradında adı açıqlanmayan şəxs faciə törədib.
Qazet.az xəbər verir ki, idarə etdiyi avtomobili izdihamın üzərinə sürən adı açıqlanmayan afroamerikalı daha sonra insanlara atəş açmağa başlayıb.
Məlumata görə, azı 30 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib, bir nəfərin həlak olduğu bildirilir.
Yaralılardan yeddi nəfərin vəziyyətinin kritik olduğu qeyd olunur.
Artıq polis hücumu həyata keçirən şəxsi saxlayıb.
İlkin məlumata görə, onun 37 yaşı var. Cinayətkar əvvəllər məişət zorakılığı və qanunsuz odlu silah saxlamaq ittihamları ilə həbs olunub.