Bakı 16˚C Windy

ABŞ-da peyvənd olunan uşaqlara 100 dollar veriləcək

Cəmiyyət 11:01 05 noy, 2021

Nyu-York şəhərinin meri Bill de Blazio deyir

ABŞ-da peyvənd olunan uşaqlara 100 dollar veriləcək

Koronavirus əleyhinə peyvənd olunan 5-11 yaş arası uşaqların 100 dollar almaq hüququ var.

Bu barədə Nyu-York şəhərinin meri Bill de Blazio özünün Tvitter səhifəsində yazıb. 

“Şəhərin vaksinasiya mərkəzində koronavirusa qarşı peyvənd olunan 5-11 yaş arası uşaqlar 100 dolları məbləğində mükafat almaq hüququna malikdir”, - deyə Bill de Blazio bildirib.

Qeyd edək ki, hazırda Nyu-York əhalisinin 67,4 faizi koronavirus əleyhinə tam olaraq, 6,4 faizi qismən peyvənd edilib, 26,3 faizi isə vaksinasiyadan keçməyib.