Bakı 11˚C Intermittent clouds

ABŞ-da polis sahildə idmançını güllələyib

Gündəm 07:12 27 sen, 2021

Güllələnən adam xəstəxanaya yerləşdirilib. 

 

ABŞ-da polis sahildə idmançını güllələyib

ABŞ-ın Kaliforniya ştatının Hantinqton-Biç şəhərində polis əməkdaşları dünyanın ən böyük sörfinq yarışlarından olan “Open of Surfing”in iştirakçısını güllələyərək öldürüblər.

Qazet.az bildirir ki, bu barədə “FoxNews” məlumat yayıb.

Məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşları çimərlikdə "silahlı şübhəli adam"ın olması barədə informasiya alıblar. Bu xəbərdən sonra onlar çimərliyə gəliblər.

Polisdən verilən məlumata görə, şübhəli onların tələblərini yerinə yetirməkdən imtina edib, bundan sonra yaxın məsafədən bir neçə dəfə güllələnib. Yetkin yaşlarda olan idmançının adı açıqlanmır.

Güllələnən adam xəstəxanaya yerləşdirilib. Həkimlər onun həyatını xilas etməyə çalışsalar da, nəticədə idmançı aldığı xəsarətlərdən dünyasını dəyişib.