Bakı 15˚C Mostly sunny

ABŞ-da qar fırtınası nəticəsində ölənlərin sayı 23-ə çatıb -Yenilənib

Xəbərlər 08:07 25 dek, 2022
ABŞ-da qar fırtınası nəticəsində ölənlərin sayı 23-ə çatıb -Yenilənib

ABŞ-da qar fırtınası nəticəsində ölənlərin sayı 23 nəfərə ölüb.

Qazet.az xəbər verir ki, bu barədə NBC məlumat yayıb.

Bildirilib ki, təbii fəlakət nəticəsində insan itkisi Viskonsin, Kanzas, Kentukki, Kolorado, Missuri, Miçiqan, Nebraska, Nyu-York, Ohayo, Oklahoma və Tennessi ştatlarında qeydə alınıb.

“Flightaware.com” portalının məlumatına görə, ABŞ-da pis hava şəraiti səbəbindən 2,3 mindən çox reys ləğv edilib.

Bundan başqa, qar fırtınası səbəbindən ölkədə 240 minə yaxın istifadəçi işıqsız qalıb.

***

ABŞ-da qar fırtınası nəticəsində ölənlərin sayı 15-ə çatıb.

Bu barədə Qazet.az CNN-ə istinadən xəbər verir.

Bildirilib ki, əlverişsiz hava şəraiti nəticəsində Ohayo, Kentukki, Missuri, Tennessi, Kanzas və Nyu-York ştatlarında daha çox insan ölüb.

“Flyaware.com” portalının məlumatına görə, ABŞ-da pis hava şəraitinə görə, 1,8 mindən çox reys təxirə salınıb. Pis hava şəraiti ölkənin mərkəzi və şərq hissələrində təqribən 175 milyon amerikalıya təsir edib.