ABŞ-da qar fırtınası səbəbindən 1 500-dən çox aviareys ləğv edilib
Xəbərlər
13:31 25 dek, 2022
ABŞ-ın böyük bir hissəsini vuran qar fırtınası səbəbindən 1 500-dən çox aviareys ləğv edilib.
Qazet.az xəbər verir ki, bu barədə "FlightAware" portalı məlumat yayıb.
Gecikmiş uçuşların sayı 504-ə çatıb.
Qeyd edək ki, qar fırtınası azı 23 nəfərin həyatına son qoyub. Bundan başqa, qar fırtınası səbəbindən ölkədə 240 minə yaxın istifadəçi işıqsız qalıb.