Bakı -11˚C Rain and snow

ABŞ-da qatar relsdən çıxıb, ölən və yaralananlar var

Gündəm 12:46 26 sen, 2021

ABŞ-da qatarın relsdən çıxması nəticəsində azı 3 nəfər həlak olub

ABŞ-da qatar relsdən çıxıb,<span style="color:red"> ölən və yaralananlar var</span>

ABŞ-ın Montana ştatının Liberti dairəsində sərnişin qatarının relsdən çıxması nəticəsində azı 3 nəfər həlak olub.

Qazet.az xəbər verir ki, bu barədə CBS telekanalı dairənin şefinə və qatarın aid oduğu “Amtrak” dəmiryol şirkətinə istinadən məlumat yayıb. Bildirilib ki, “Empire Builder” qatarı yerli vaxtla saat 16:00-da relsdən çıxıb. Hadisə zamanı qatarda 147 sərnişin və briqadanın 13 üzvü olub.Yaralılar, həmçinin digər sərnişinlər təhlükəsiz şəkildə evakuasiya edilib.

Qəza ilə əlaqədar ABŞ-ın Nəqliyyatda Təhlükəsizlik Milli Şurası tərəfindən araşdırma aparılır.