Bakı 6˚C Intermittent clouds

ABŞ da Saakaşviliyə dəstək verdi

Siyasət 11:11 10 noy, 2021

Bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibi Ned Prays keçirdiyi mətbuat konfransında deyib

ABŞ da Saakaşviliyə dəstək verdi

"Biz bir daha Gürcüstan hökumətini Saakaşvili ilə beynəlxalq standartlar və Gürcüstan qanunvericiliyinə müvafiq olaraq ədalətli və ləyaqətli davranmağa çağırırıq".

Qazet.az xəbər verir ki, ABŞ Dövlət Departamentinin mətbuat katibi Ned Prays keçirdiyi mətbuat konfransında jurnalistin sualına cavabında belə deyib.

O, ABŞ-ın Gürcüstan hökumətini M. Saakaşvilinin təcili psixoloji və fiziki ehtiyaclarını qarşılamağa çağırdığını qeyd edib: "Biz sabiq prezident həbs edildiyi vaxtdan indiyədək ona qarşı göstərilən münasibət, Gürcüstanın ombudsmanının sabiq Prezident Saakaşvilinin həbsi ilə bağlı narahatlıq doğuran bəyanatı da daxil olmaqla vəziyyəti yaxından müşahidə edirik. O bəyanata əsaslanaraq biz Gürcüstan hökumətini Saakaşvilinin həm psixoloji, həm də fiziki ehtiyaclarının qarşılanması üçün təcili addımlar atmağa çağırırıq. Bildiyimiz kimi, məhbusları zorakılıqdan və psixoloji təzyiqdən qorumaq hər zaman Gürcüstan hökumətinin məsuliyyətidir", deyə Ned Prays bildirib.

Mənbə