ABŞ-da Şuşa barədə sənədli film təqdim edilib
Maraqlı
07:46 12 yan, 2023
ABŞ-ın paytaxtı Vaşinqtonda isveçli fotoqraf, operator Mikael Silkeberqin “Xarı Bülbül əfsanəsi” sənədli filminin təqdimatı keçirilib.
Qazet.az xəbər verir ki, bu barədə Azərbaycanın ABŞ-dakı səfirliyi məlumat yayıb.
Təqdimat mərasimində filmin yaradıcı heyəti və rejissor Mikael Silkeberq də iştirak edib.
Azərbaycan ədəbiyyatı, musiqisi, muğam sənəti və əsrarəngiz təbiəti ilə bağlı düşüncələrin yer aldığı film Şuşada çəkilib.
Film Azərbaycanın Qarabağ bölgəsinin və onun tacı olan Şuşa şəhərinin məşhur mədəniyyət xadimlərindən, tarixi şəxsiyyətlərindən, onun musiqi və ədəbiyyatından bəhs edir.