ABŞ-da TikTok qadağasına daha iki ştat əlavə edilib
Cəmiyyət
21:34 10 yan, 2023
ABŞ-da TikTok qadağası genişlənməkdə davam edir. Nyu Cersi və Ohayo ştatlarında hökumətə məxsus cihazlardan Çinə məxsus sosial media tətbiqi TikTok-a daxil olmaq qadağan edilib.
Qazet.az NTV-yə istinadən xəbər verir ki, Nyu Cersi ştatının qubernatoru Fil Merfi Çinin "ByteDance" şirkətinin TikTok tətbiqinə rəsmi qurumlara məxsus cihazlardan daxil olmağın qadağan edildiyini açıqlayıb.
Eyni qərar əvvəllər də bir sıra ştatlarda, o cümlədən Alamaba, Ayova, Yuta, Cənubi və Şimali Dakotada verilmişdi.
Bundan əlavə, ABŞ Senatı "milli təhlükəsizlik narahatlıqları" səbəbindən federal hökumət işçilərinə TikTok-u dövlətə məxsus cihazlara yükləməyi qadağan edən qanun layihəsini yekdilliklə qəbul edib.