ABŞ-da tornado - 80 nəfər həyatını itirdi
Gündəm
23:12 12 dek, 2021
“Əldə edilən informasiyaya görə, biz 80 sakinimizi itirmişik”

ABŞ-ın Kentukki ştatında baş verən tornadoda ölənlərin sayı 80 nəfərə çatıb.
Qazet.az xəbər verir ki, bu barədə ştatın qubernatoru Endi Beşir deyib.
“Əldə edilən informasiyaya görə, biz 80 sakinimizi itirmişik”, - deyə Beşir bildirib.
Qeyd edək ki, Kentukki ilə yanaşı, Arkanzas, İllinoys, Missuri və Tennessi ştatları da tornadodan ciddi zərər görüb.