Bakı 16˚C Partly sunny

ABŞ-da zavodda partlayış baş verib

Hadisə 03:24 09 dek, 2022
ABŞ-da zavodda partlayış baş verib

ABŞ-ın Ayova ştatının Marenqo şəhərində soya emalı zavodunda partlayış baş verib, bir neçə nəfər xəsarət alıb.

Qazet.az xəbər verir ki, bu barədə “ABC” telekanalı məlumat yayıb.

Qeyd olunub ki, partlayış nəticəsində xəsarət alan şəxslər Ayova şəhər xəstəxanasına yerləşdirilib. Hazırda onlara bütün lazımi yardımlar göstərilir.

Yanğının qarşısını almaq üçün müvafiq işlər görülür və zavodun bilavasitə yaxınlığında yaşayan yerli sakinlərə təxliyə göstərişi verilib.

Hadisənin səbəbləri, həmçinin yaralıların sayı və onların səhhətləri barədə hələlik məlumat verilmir.