Bakı 23˚C Partly sunny

ABŞ daha bir türkdilli ölkəyə  qüvvələr yerləşdirmək istəyir

Gündəm 11:01 14 okt, 2021

Pentaqon nümayəndələri bu ay Özbəkistanda ABŞ-ın anti-terror qüvvələrinin yerləşdirilməsi məsələsini müzakirə edəcək

ABŞ daha bir türkdilli ölkəyə  qüvvələr yerləşdirmək istəyir

Bu barədə “Politiko” nəşri məlumat yayıb.

“Danışqların gündəliyində anti-terror qüvvələrinin yerləşdirilməsi məsələsi dura bilər. Belə razılaşma ABŞ-a Əfqanıstandakı hədəfləri daha yaxşı izləməyə və hədəf almağa imkan verər”, - deyə nəşrdə yayılan məqalədə bildirilib.

Qeyd edək ki, Co Bayden administrasiyası Əfqanıstanın sərhəd ölkələri ilə sözügedən məsələni müzakirə etmək istəyini ifadə etmişdi.