Bakı 2˚C Mostly cloudy

ABŞ-dan şok qərar: "Artıq eynicinslilərin evlənməsi..."

Gündəm 10:25 30 noy, 2022
ABŞ-dan şok qərar: "Artıq eynicinslilərin evlənməsi..."

Bütün ölkələrdə ailə quruluşuna ləkə olan LGBT ABŞ-da böyük qələbə qazanıb. 100 yerlik ABŞ Senatı “Evliliyə Hörmət Aktı”na əsasən eynicinsli nikahları dəstəkləyib.

Qazet.az xəbər verir ki, ABŞ Senatı uzun müddətdir müzakirə olunan “eynicinsli nikahın hüquqi müdafiəsi” haqqında qanun layihəsini səs çoxluğu ilə qəbul edib.

Qanun layihəsi növbəti mərhələdə Nümayəndələr Palatasının Baş Assambleyasında səsə qoyulacaq. Qanun layihəsi burada lazımi səs çoxluğu qazanarsa, təsdiq edilməsi və tətbiqi üçün ABŞ Prezidenti Co Baydenin masasına gedəcək.

ABŞ-da Ali Məhkəmənin 2015-ci il qərarına əsasən eynicinsli nikahlara hal-hazırda qanuni olaraq icazə verilir. Bununla belə, daha əvvəl aborta zəmanət verən qərarın ləğvindən sonra Ali Məhkəmənin də bu qərarı ləğv edə biləcəyini və bunun federal qanunla təmin edilməli olduğu bildirilib.