ABŞ-dan Türkiyə-Ermənistan dialoquna reaksiya
Gündəm
21:37 16 noy, 2022
Türkiyə-Ermənistan əlaqələrinin normallaşdırılması dialoqunu müsbət qiymətləndiririk və hər iki tərəfə yardımçı rolu oynamağa hazır olduğumuzu bildirmişik.
Qazet.az xəbər verir ki, bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid deyib.
“Bu, regional sabitliyi artıra və daha böyük iqtisadi inkişafa apara bilər. Bütün bunlar Rusiyanın Ukraynadakı səbəbsiz müharibəsi fonunda daha vacibdir”, - Donfrid qeyd edib.