ABŞ-dan Ukrayna ilə bağlı təcili çağırış
Gündəm
14:50 10 okt, 2022
ABŞ-ın Kiyevdəki səfirliyi amerikalıları Ukraynanı tərk etməyə çağırır.
Qazet.az xəbər verir ki, bu barədə Amerika səfirliyinin "Tvitter" hesabında paylaşım edilib.
“Rusiyanın Ukraynaya qarşı davam edən zərbələri mülki əhali və mülki infrastruktur üçün birbaşa təhlükə yaradır. Səfirlik ABŞ vətəndaşlarını mümkün olduqca Ukraynanı tərk etməyə çağırır”, - bəyanatda deyilib.
Russia’s continued strikes in Ukraine pose a direct threat to civilians and civilian infrastructure. The Embassy urges US citizens to shelter in place and depart Ukraine now using privately available ground transportation options when it is safe to do so. https://t.co/0Y5V9TLBYX
— U.S. Embassy Kyiv (@USEmbassyKyiv) October 10, 2022