ABŞ-dan Ukraynaya dəstək
Gündəm
04:13 30 okt, 2021
“Amma gəlin aydınlaşdıraq – Rusiyanın dəstəklədiyi qüvvələr Ukrayna ordusuna qarşı haubitsa və dronlardan istifadə edib”
Biz hər iki tərəfi Donbasda atəşkəsə əməl etməyə çağırırıq.
Qazet.az xəbər verir ki, bu barədə ABŞ-ın Ukraynadakı səfirliyinin məlumatında deyilir.
“Amma gəlin aydınlaşdıraq – Rusiyanın dəstəklədiyi qüvvələr Ukrayna ordusuna qarşı haubitsa və dronlardan istifadə edib”, - deyə bildirilib.
Qeyd edək ki, Ukrayna ordusu 26 oktyabrda Donbasda ilk dəfə “Bayraqdar”dan istifadə edərək, düşmənin haubitsasını məhv etmişdi.