Bakı 15˚C Mostly sunny

ABŞ-də Şuşaya həsr olunmuş sənədli film nümayiş olunacaq

Gündəm 07:44 11 yan, 2023
ABŞ-də Şuşaya həsr olunmuş sənədli film nümayiş olunacaq

ABŞ-də isveçli fotoqraf, operator Mikael Silkeberqin Azərbaycanın mədəniyyət paytaxtı Şuşaya həsr etdiyi “Xarıbülbül əfsanəsi” sənədli filmi nümayiş etdiriləcək.

Qazet.az  xəbər verir ki, paytaxt Vaşinqtonda baş tutacaq təqdimat mərasimi Azərbaycanın ABŞ-dəki səfirliyi tərəfindən təşkil olunub.

Təqdimat mərasimində filmin yaradıcı heyəti və rejissor Mikael Silkeberq də iştirak edəcək.

Qeyd edək ki, Azərbaycan ədəbiyyatı, musiqisi, muğam sənəti və əsrarəngiz təbiəti ilə bağlı düşüncələrin yer aldığı film Şuşada çəkilib. Filmdə Şuşanın tarixi və ədəbi mühiti barədə bir sıra tanınmış mədəniyyət və incəsənət xadimlərindən müsahibələr alınıb.