ABŞ-də transgender edam edildi
Gündəm
11:45 04 yan, 2023
ABŞ-nin Missuri ştatında məhbus edam edilib.
Qazet.az "Sky News"a istinadən xəbər verir ki, o, ABŞ-də edam edilən ilk açıq transseksual qadın oldu.
49 yaşlı Ember Maklaflin keçmiş sevgilisini öldürməkdə və onun cəsədini Missisipi çayına atmaqda təqsirli bilinib.
O, ölümcül fenobarbital dozası vurularaq edam olunub.
Maklaflin son açıqlamasında "Etdiklərim üçün peşmanam, mən sevgi dolu, qayğıkeş insanam."
ABŞ-də ölüm hökmü 1970-ci illərin ortalarında bərpa olunub.
Həmin müddətdən bu yana 1558 nəfər edam edilib. (ABŞ Statistikalar mərkəzi)