ABŞ dolları dünyada bahalaşmağa başladı
Biznes
20:01 17 iyn, 2022
Bakı vaxtı ilə 17:40 radələrinə olan gəstəricilərdə bu qeyd edilir
ABŞ dollarının indeksi sessiya ərzində 1%-dən çox bahalaşaraq 104.470 bəndə çatıb.
Qazet.az xəbər verir ki, Bakı vaxtı ilə 17:40 radələrinə olan gəstəricilərdə bu qeyd edilir.
ABŞ dollarının indeksi 6 əsas valyuta səbəti qarşısında formalaşır: avro, yen, funt-sterlinq, kanada dolları, isveçrə frankı və isveç kronu.
EUR/USD cütlüyünün məzənnəsi 0.61% enişlə 1.0482 səviyyəsinə, GBP/USD cütlüyü 0.91% enişlə 1.2238 səviyyəsinə düşdüyü halda, USD/JPY cütlüyü 1.95% artımla 134.77, USD/CAD cütlüyü 0.95% artımla 1.3033 səviyyəsinə qədər artıb.
AUD/USD məzənnəsi 1.15% enişlə 0.6962, NZD/USD cütlüyü isə 0.8% enişlə 0.6309 səviyyəsinə düşüb.