Bakı 26˚C Intermittent clouds

ABŞ Dövlət katibinin köməkçisinin müavini Ermənistandadır

Gündəm 23:14 02 noy, 2021

İclasda ABŞ-ın Azərbaycan, Ermənistan və Gürcüstandakı səfirləri, Minsk qrupunun amerikalı həmsədri Endryu Şofer və başqaları da iştirak edəcək.

ABŞ Dövlət katibinin köməkçisinin müavini Ermənistandadır

ABŞ dövlət katibinin Qafqaz, regional münaqişələr və Cənubi Avropa üzrə köməkçisinin müavini Erika Olson Ermənistandadır.

“Qazet.az” Ermənistan mediasına istinadən xəbər verir ki, Olson Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşüb. Görüş zamanı regionda təhlükəsizlik və sabitlik məsələləri müzakirə olunub. 

Qeyd edək ki, Olson Ermənistana səfəri çərçivəsində noyabrın 2-dən 4-nə qədər ABŞ-ın Cənubi Qafqaz regionunda missiya rəhbərləri ilə görüşdə iştirak edəcək. İclasda ABŞ-ın Azərbaycan, Ermənistan və Gürcüstandakı səfirləri, Minsk qrupunun amerikalı həmsədri Endryu Şofer və başqaları da iştirak edəcək.