Bakı 16˚C Partly sunny w/ showers

ABŞ Əfqanıstandan insanları təxliyyə etmək planlarını açıqladı

Gündəm 11:35 15 okt, 2021

Ölkəni yalnız mülki təyyarələrlə tərk edəcəklər

ABŞ Əfqanıstandan insanları təxliyyə etmək planlarını açıqladı

ABŞ hərbi təyyarələr ilə Əfqanıstandan təxliyə əməliyyətini bərpa etmək niyyətində deyil. İndi insanlar ölkəni yalnız mülki təyyarələrlə tərk edəcəklər.

Qazet.az-ın məlumatına görə, bu barədə brifinq zamanı ABŞ Dövlət Departamentinin mətbuat katibi Ned Prays bildirib.

Dövlət Departamentinin nümayəndəsi vurğulayıb ki, bu, vətəndaşların təxliyəsinin tamamilə dayandırılması demək deyil.

N.Prays qeyd edib ki, Əfqanıstanı tərk etmək istəyənlər bunu çarter reysləri vasitəsi ilə edə bilərlər.