Bakı 25˚C Sunny

ABŞ Əfqanıstandan insanların çıxarılması üçün digər ölkələrlə işləməyə hazırdır

Gündəm 11:32 21 okt, 2021

Bu barədə Ağ Evin mətbuat katibi Cen Psaki bildirib

ABŞ Əfqanıstandan insanların çıxarılması üçün digər ölkələrlə işləməyə hazırdır

ABŞ Əfqanıstandan insanları təxliyə etmək və bu ehtiyacı olanlara humanitar yardım göndərmək üçün dünyanın digər ölkələri ilə işləməyə hazırdır.

Qazet.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Cen Psaki bildirib.

Rusiyanın paytaxtı Moskva şəhərində "Taliban"la aparılan məsləhətləşmələri şərh edən Psaki bildirib ki, müzakirələrin mahiyyəti haqqında dəqiq söz demək çətindir.

Psaki bu ilin sonuna qədər ABŞ və Rusiya liderləri arasında görüş ehtimalı barədə heç bir məlumat verə bilməyəcəyini söyləyib.