Bakı 26˚C Intermittent clouds

ABŞ əfqanların təxliyəsini dayandırdı

Gündəm 01:11 14 sen, 2021

"Əfqanları həmçinin məxmərək, qızılca və parotidə də qarşı peyvənd etməyə başlayacağıq”.

ABŞ əfqanların təxliyəsini dayandırdı

Əfqanıstan vətəndaşlarının ABŞ-a təxliyəsi bu şəxslər arasında qızılcanın yayılmasına görə ən azı yeddi gün daha dayandırılıb.

Qazet.az xəbər verir ki, bunu Ağ Evin mətbuat katibinin müavini Karin Jan-Pyer məlumat verib.

Onun sözlərinə görə, uçuşlar hələ də ehtiyat tədbirləri çərçivəsində dayandırılıb:

“ABŞ-a gələn bütün əfqanlar hazırda qızılcaya qarşı peyvənd olunmalıdır. Onlar hərbi bazalara aparılır. Əfqanları həmçinin məxmərək, qızılca və parotidə də qarşı peyvənd etməyə başlayacağıq”.