ABŞ F-16 satmasa başqa planımız var - Akar
Gündəm
15:11 23 noy, 2022
“ABŞ F-16 təyyarələri satmasa, Türkiyə alternativ seçimlərə yönələcək”.
Qazet.az xəbər verir ki, Türkiyənin milli müdafiə naziri Hulusi Akar belə açıqlama verib. O bildirib ki, Türkiyənin bununla bağlı başqa planları var.
“ABŞ-ın Müdafiə Nazirliyi tədarükü dəstəklədiyini deyir. F-16 almaq üçün səy göstəririk. Amma olmasa əlbəttə ki, başqa planlarımız var” - Hulusi Akar deyib.