ABŞ generalı: Taliban terror təşkilatıdır!
Gündəm
23:54 28 sen, 2021
“Talibanın terror təşkilatı olduğunu və belə də qalacağını xatırlamalıyıq”
Taliban Əl-Qaidə ilə əlaqələrini kəsməyib.
Qazet.az xəbər verir ki, bu sözləri ABŞ Qərargah Rəislərinin Birləşmiş Komitəsinin sədri, general Mark Milli deyib.
“Talibanın terror təşkilatı olduğunu və belə də qalacağını xatırlamalıyıq”, - deyə Milli bildirib.
O, Əfqanıstanda terrorçuların yenidən hücumunun real olduğunu vurğulayıb.