Bakı 7˚C Dreary

ABŞ rusiyalı hakeri ekstradisiya edib

Gündəm 13:28 30 sen, 2021

ABŞ Aleksey Burkovu Rusiyaya ekstradisiya edib

ABŞ rusiyalı hakeri ekstradisiya edib

ABŞ-da kiber cinayətlərlə əlaqədar saxlanılan 31 yaşlı rusiyalı Aleksey Burkov Rusiyaya təhvil verilib.

Haker 20 milyon dollarlıq kredit kartı fırıldaqçılığı və cinayətkarlar üçün portal idarə etməklə təqsirli bilinib.

O, keçən il Virciniya federal məhkəməsində günahını etiraf etdikdən sonra 9 il həbs cəzasına məhkum edilib. ABŞ-ın tələbi ilə Burkov 2015 -ci ildə İsraildə həbs edilib.