Bakı 13˚C Windy

ABŞ Hindistanın hərbi təlimlərdə iştirakından narahatdır

Xəbərlər 04:12 31 avq, 2022
ABŞ Hindistanın hərbi təlimlərdə iştirakından narahatdır

ABŞ Hindistanın Rusiya ilə birgə hərbi təlimlərdə iştirak etməsindən narahatdır.

Qazet.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karine Jean-Pyer bildirib.

Qeyd edək ki, Rusiya avqustun 30-dan sentyabrın 5-dək “Vostok” (Şərq) adlı hərbi təlimləri keçirməyi planlaşdırır. Təlimlərdə Çin, Hindistan, Belarus, Monqolustan, Tacikistan və digər ölkələrin iştirak etməsi gözlənilir.