Bakı -3˚C Showers

ABŞ ilk dəfə Ay avtomobillərinin necə görünəcəyini nümayiş etdirdi - FOTO

Gündəm 17:02 19 noy, 2021

Bu barədə məlumat “Northrop Grumman” şirkətinin saytında yerləşdirilib

ABŞ ilk dəfə Ay avtomobillərinin necə görünəcəyini nümayiş etdirdi - <span style="color:red">FOTO</span>

“Northrop Grumman” aerokosmik şirkəti Ayda işləyə bilən şəxsi aparat yaratdığını elan edib.

Qazet.az xəbər verir ki, bu barədə məlumat şirkətin saytında yerləşdirilib.

Korporasiya bu aparatı “İntuitive Machines” və “Lunar Outpost” kosmik şirkətləri ilə birgə yaradacaq. Həmçinin sürücü, sükan, ötürücü sistemi  və akkumulyatorlara cavabdeh olacaq avtomobil istehsalçısı “AVL” və əvvəllər NASA ilə əməkdaşlıq edən şin istehsalçısı “Mişelin” şirkətləri ilə də əməkdaşlıq ediləcək.